Romada güclü partlayış olub | VİDEO

   Romada güclü partlayış olub  | VİDEO
  04 İyul 2025    Oxunub:904
İtaliya paytaxtının şərq rayonlarından birində yanacaqdoldurma məntəqəsində baş verib.
AzVision.az İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, partlayışın gurultusu şəhərin bütün ətraf rayonlarının, o cümlədən mərkəzi rayonların sakinləri tərəfindən eşidilib.

“Ansa” agentliyi zərər çəkən ən azı 21 nəfərdən səkkizinin yanğın xəbərindən sonra hadisə yerinə gələn polis əməkdaşı olduğunu bildirib.

İlkin məlumata görə, partlayış yanacaq daşıyan yük maşınından yanacaqdoldurma məntəqəsinin çənlərinə ötürülən borunun parçalanmasından sonra baş verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Roma   partlayış  



Xəbər lenti